"Paşa Bank Türkiyə"nin mənfəəti azalıb - Hesabat

15:51 - 31.05.2020


31 may, Fineko/abc.az. "Paşa Bank"ın Türkiyədəki törəməsi – 2020-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, birinci rübdə "Paşa Bank Türkiyə"nin faiz gəlirləri və xərcləri azalıb.

Belə ki, bankın faiz gəlirləri 24,5% azalaraq 28,2 milyon lirəyə düşübsə, faiz xərcləri 13,2% azalaraq 10,4 milyon lirəyə enib.

Nəticədə bankın xalis faiz gəliri 30%-ə yaxın azalaraq 17,85 milyon lirə olub. Bankın komissiya haqları, ticarət fəaliyyəti və digər gəlirlərini də nəzərə alanda əməliyyat mənfəəti 23 milyon lirə olub. Yaradılan ehtiyatlar (1,975 milyon lirə), əmək haqları (4,559 milyon lirə) və digər xərcləri (5,585 milyon lirə) nəzərə alanda "Paşa Bank Türkiyə"nin vergidən əvvəlki mənfəəti 10 894 min lirə, 2 417 min lirə vergi çıxılandan sonra isə xalis mənfəəti 8 477 min lirə təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu 2019-cu ilin eyni dövrünə nisbətən 4,3 milyon lirə və ya 33,8% azdır.

Müəllif: Elmir Murad

 

 

Other news