Problemli kreditlər azalıb ya artıb? – Hesabat

11:35 - 1.06.2020


1 İyun, Fineko/abc.az. 2020-ci ilin aprel ayında ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 232 milyon 400 min manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, mart ayının sonu ilə müqayisədə aprel ayında cəmi ödəmə vaxtı keçmiş kreditlər 154,4 milyon manat azalıb.

Bununla yanaşı ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında  xüsusi çəkisi 8,9%-də 8,1%-ə geriləyib. Eyni zamanda apreldə cəmi kredit qoyuluşları 490,6 milyon manat azalaraq 15 milyard 148 milyon manata düşüb. Mərkəzi Bank bildirir ki, kredit qoyuluşlarında azalma aprel ayında lisenziyası ləğv edilmiş banklarla əlaqədardır.

Müəllif: Elmir Murad

 

Other news