Əmanətlərin Sığortalanması modeli dəyişdirilir – Yenilik

16:17 - 1.06.2020


1 İyun, Fineko/abc.az. “Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni icraçı direktoru Tural Piriyevlə artıq 2-ci dəfədir ki, görüşürük. Düşünürük ki, əmanətlərin sığortalanması ilə bağlı yeni model hazırlayaq”.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

O yeni modelin hazır olacağı tarixi də açıqlayıb.

"Bu ilin sonuna qədər yeni modeli hazırlayıb təhvil verəcəyimizə inanırıq. Biz bu məsələdə yeni baxış ortaya qoymaq istəyirik", - deyə o, qeyd edib. 

 

 

Other news