Azəri Çıraq Günəşli layihəsinə yarım milyard dollardan çox pul xərclənib – 3 ayda

11:45 - 2.06.2020


2 İyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi BP “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”nı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 3 ayda Azəri Çıraq Günəşli layihəsinə təqribən 150 milyon dollar əməliyyat və 522 milyon dollaradək əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycanın Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Müəllif: Elmir Murad

 

Other news