"Merkuri” maliyyə hesabatını açıqlayıb – Kredit portfeli kiçilib

12:24 - 3.06.2020


3 iyun, Fineko/abc.az. "Merkuri” QSC bank olmayan kredit təşkilatı 2019-cu ili 205 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ report-a istinadən xəbər verir ki, BOKT-un maliyyə hesabatına  görə bu, 2018-ci illə müqayisədə 3,2 dəfə çoxdur.

Ötən il “Merkuri”nin vergiyə qədərki mənfəəti 256 min manat (əvvəlki ilə nisbətən 3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 51 min manat (3,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 3,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,9% çoxdur. Bunun 3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 9,2% kiçilib.

Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 0,4% azalaraq 2,6 milyon manata düşüb, balans kapitalı isə 17,7% artaraq 986 min manata çatıb.

 

Other news