Gürcüstanda daxili uçuşlar bərpa olunur – Bu ayın 15-dən

15:48 - 3.06.2020


3 iyun, Fineko/abc.az. İyunun 15-dən etibarən Gürcüstanda daxili uçuşlar bərpa olunacaq.

ABC.AZ Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, ilk olaraq Tbilisi - Batumi, Nataxtari - Mestia, Nataxtari - Аmbrolauri istiqamətləri üzrə uçuşlar yerinə yetiriləcək.

Qeyd edək ki, ölkədə beynəlxalq müntəzəm aviareyslərə məhdudiyyətlər iyunun 30-dək qüvvədədir.

Müəllif: Elmir Murad

 

Other news