Avropa faiz dərəcələrini stabil saxladı, avro dollar qarşısında bahalaşdı – Cüzi

17:01 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Avropa Mərkəzi Bankı növbəti dəfə faiz dərəcələrinə baxılması üçün iclas keçirib.

ABC.AZ-ın məlumatına görə, iclasda bəzi analitiklərin proqnozlaşdırdığı kimi faiz dərəcələrində dəyişiklik edilməyib.

Avropa Mərkəzi Bankı əsas faizini 0%-də, depozit faizini də mənfi  0.50%-də saxlayıb. Bu gözlənildiyi kimi avronun dollar qarşısında bahalaşmasına gətirib çıxarıb. Belə ki, Avro/Dollar qarşısında 0,2% bahalaşaraq 1 avro 1.12 dollar səviyyəsində olub.

Müəllif: Elmir Murad

 

Other news