Gələn həftə sonu barədə qərar vəziyyətdən asılı olacaq – Açıqlama

17:18 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərərgahda brifinq keçirilir.

ABC.AZ xəbər verir ki, brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı növbəti həftə küçəyə çıxma qadağasının olub-olmayacağı haqda danışmağın hələ tez olduğunu deyib.

O bildirib ki, bu barədə veriləcək qərar növbəti həftə ərzində yoluxmanın sayından asılı olacaq.

Müəllif: Elmir Murad

 

Other news