Neft qiymətləri yüksəlir və ardıcıl olaraq altıncı həftəni artımla başa vurur

10:01 - 5.06.2020


5 iyun, Fineko/abc.az. Neft cümə günü bahalaşır və neft hasil edən nəhəng ölkələrin hasilatın azalmasını uzatmağa hazır olduqları xəbərlər fonunda, ardıcıl olaraq altıncı həftəni artımla bitirir.

Saat 9:20-də London ICE Futures neft birjasında Brent-in avqust üçün  fyuçers   qiyməti $0,21 (0,53%) – barel başına $40,20 qədər artıb.

İyunun 4-də keçirilən hərracların nəticələrinə görə, Brent-in avqust ayı üçün neft müqavilələrinin qiyməti $0,20 (0,5%) artaraq barel başına $39,99-a çatıb.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI iyul ayına olan fyuçers $0,02 (0,05%) – barel başına $37,43-ə yüksəldi.

İyunun 4-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçers qiyməti $0,12 (0,32%), barrel başına $37,41-a çatıb.

Bu həftənin əvvəlindən həm Brent, həm də WTI 6% artıb.

 

Other news