Azərbaycandan Rusiyaya pul köçürmələri asanlaşdı – Xidmət haqqı azaldıldı

14:28 - 5.06.2020


5 iyun, Fineko/abc.az. “Zolotaya Korona” pul köçürmə sistemi vətəndaşların pul köçürmə əməliyyatlarının daha effektiv formada həyata keçirilməsi və bankların fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni təşviqat layihəsinə, əməliyyatlar üzrə xüsusi tariflərin tətbiqinə başlanılıb.

ABC.AZ-ın məlumatına görə, bu il iyunun 1-dən 31 avqust tarixinədək Azərbaycandan Rusiyaya “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə həyata keçirilən pul köçürmələri üzrə xidmət haqqı köçürmənin məbləğindən asılı olmayaraq 0,5% təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, bu xidmət haqları əvvəl 0,9% təşkil edirdi.

 

Other news