Neft OPEC + iclasında razılaşmalar fonunda bahalaşır

10:21 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, OPEC+ ölkələri iyulun sonuna qədər neft hasilatının azaldılması üzrə kvotaları uzatmaq barədə razılığa gəldikdən sonra bazar ertəsi ticarət dövründə yüksəlir.

Saat 9:25-də London ICE Futures birjasında Brent-in avqust üzrə fyuçers qiyməti $0.82 (1,94%) – barel başına $43,12-ə qədər artıb.

İyunun 5-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in avqust ayı üçün neft müqavilələrinin qiyməti $2,31 (5,78%) artaraq bir barelə $42,30-a çatıb.

Ötən həftə Brent neftinin qiymətində artım 11,8% təşkil edib.

Saat 9:25-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına fyuçers $0,61 (1,54%) – bir barelə $40,16 qədər yüksəldi.

İyunun 5-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti $2,14 (5,72%), barel başına $39,55-dək artıb.

Ötən həftə neftin qiymətində artım 11,4% təşkil edib.

 

Other news