Pandemiya BOKT-ların biznes sahiblərinə daha çox təsir edib - Açıqlama

17:31 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Pandemiya daha çox bank olmayan kredit təşkilatlarının (BOKT) müştəriləri olan biznes sahiblərinə təsir edib.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

O qeyd edib ki, əgər 2015-ci ildəki böhranı daha çox banklara və BOKT-lərə mənfi təsir etmişdisə, indiki böhran daha çox biznesə, qismən isə kredit təşkilatlarına mənfi təsir edib: "Ya biznes fəaliyyətini davam etdirə bilmir və artıq kreditə ehtiyacı qalmır, ya da fəaliyyətini davam etdirmək istəyir, amma kredit ala bilmir, çünki borcunu vaxtında qaytarmayıb.

Dolayısı ilə kredit təşkilatları ziyan çəkir. Odur ki, ilk növbədə, biznesə dəstək verilməlidir. Əgər dəstək olsa, bu həm onun borcunu qaytarmasına, dolayısı ilə bank və BOKT-lərin də dəstək almasına səbəb olar".

 

Other news