BNA-dan avtobuslarda kondisionerlərin işləməməsinin izahı – COVID-19 infeksiyasının yayılma riskinin artırır

12:16 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır.

Bunu ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) avtobuslarda kondisionerlərin işləməməsinin səbəbinə münasibət bildirərkən deyiblər. BNA-dan bildirilib ki, TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. "Havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır.

Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır" BNA-nın açıqlamasında belə qeyd olunub.

Müəllif: Elmir Murad

 

Other news