“NBC Bank”-ın əmanətçiləri pullarını belə alacaq – İzah

10:48 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Bu gündən etibarən bağlanan “NBC Bank” ASC-nin əmanətçilərinin də pullarının qaytarılmasına başlanılacaq.

Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ-a verilən məlumata görə, əmanətlərin qaytarılması üçün agent bank olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib, yəni əmanətlər bu bankın filiallarında qaytarılacaq. Əmanətlər nağdsız qaydada ödəniləcək.

“NBC Bank” ASC-nin əmanətçiləri hesabdan çıxarışı Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

 

Other news