Pensiya təminatı sistemi ilə bağlı mühüm layihə hazırlanır – Nazir

14:52 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Hazırda pensiya təminatı sistemində bir çox mühüm dəyişiklikləri əks etdirən layihə hazırlanır.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında keçirilən iclasında bildirib.

Nazir diqqətə çatdırıb ki, sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi də davam edir. Onun sözlərinə görə, bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub: "Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin".

Müəllif: Elmir Murad

 

Other news