Yeni reabilitasiya mərkəzləri açılacaq – Nazir anons verdi

11:15 - 17.06.2020


17 iyun, Fineko/abc.az. “Əlilliyin müəyyən olunması meyarları”nın layihəsi hazırda  razılaşdırma prosesindədir və bu meyarlar əlilliyin qiymətləndirilməsində əmək qabiliyyətinin itirilməsi faizinin əsas götürülməsini nəzərdə tutan yeni keyfiyyət dəyişikliyi yaradacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən videokonfransda nazir Sahil Babayev deyib.

O qeyd edib ki, həmçinin əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır.

Nazir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun təkmilləşdirilməsi üçün qanuna əlavə və düzəlişlərlə bağlı yeni təkliflərin də hazırlanmaqda olduğunu deyib.

S.Babayev yanlış əlillik təyinatlarının da aşkar edilərək ləğv edilməsi işlərinin davam etdirildiyini qeyd edib. O, bu il əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni reabilitasiya müəssisələrinin açılmasının nəzərdə tutulduğunu bildirib.

Müəllif: Elmir Murad

 

Other news