AƏSF, ləğv edilmiş “DəmirBank”ın borcluları üçün ləğvetmə bank hesablarının rekvizitlərini təqdim etdi

14:57 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv edilmiş “DəmirBank” ASC-nin borclularına müraciət edib.

AƏSF-in məlumatında deyildiyi kimi, bank qarşısında  borc öhdəliyi olan hüquqi və fiziki şəxslər, Azərbaycan Mərkəzi Bankda (AMB) açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə borclarını köçürə bilərlər.

“Borclular ödənişlərini nağd qaydada ləğv prosesində olan “DəmirBank” ASC-nin baş ofisi və filial şəbəkəsi və “DəmirPay” ödəniş terminalları vasitəsilə edə bilərlər”, - məlumatda belə deyilir.

Aşağıdakı linkdə xüsusi ləğvetmə hesabların rekvizitləri göstərilib:

http://www.adif.az/?~/aze/news/full/1/1151/

 

Other news