Azərbaycan bu məhsulu ən çox Rusiyaya satır – Rəqəmlər

11:53 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilenin homopolimer (HOMO) çeşidi Rusiyanın bu növ məhsul idxalında ilk sıradadır.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, aprel ayında Rusiyanın polipropilen idxalında “SOCAR Polymer”in payı 61 faiz, bu ilin əvvəlindən isə 42 faiz təşkil edib.

Qeyd edək ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsalını həyata keçirir ki, istehsalın da 75 faizdən çox hissəsi ixrac üçün nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Other news