BTQ dəmir yolu ilə 250 ton polad boru daşınıb - 2 ölkədən

12:04 - 18.06.2020


18 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb. Bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib.

MMC-dən ABC.AZ-a bildirilib ki, “ADY Express” Türkiyə və Gürcüstandan polad və plastmas borular, beton dirəkləri Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

250 ton polad boru 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Türkiyədən Gəncə şəhərinə daşınıb. 100 ton plastmas boru 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib. 600 ton beton dirək isə 10 yarımvaqonda BTQ vasitəsilə Türkiyədən Abşeron rayonuna çatdırılıb.

Müəllif: Elmir Murad

 

Other news