Effektinvest BOKT-nun qeyri-faiz gəlirləri azalıb – Hesabat

10:40 - 19.06.2020


19 iyun, Fineko/abc.az. "Effektinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin nəticələri üzrə hesabatını açıqlayıb.

ABC.AZ hesbata istinadən xəbər verir ki, sözügedən dövrdə BOKT-un qeyri-faiz gəlirləri 31,7% azalaraq 82,3 min manat olub.

Həmçinin ötən il BOKT-un inzibati xərcləri 3 dəfə artaraq 93,1 min manat, işçi heyəti xərcləri isə 16% azalaraq 38 min manat təşkil edib. Nəticədə BOKT-un qeyri-faiz xərcləri 20,7% artaraq 177,6 min manat olub. 

Müəllif: Elmir Murad

 

Other news