Nazir neft gəlirlərindən danışıb – Kəsirlər olacaq

15:17 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, aprel-may aylarında neftin qiyməti kəskin aşağı düşmüşdü.

Amma sonradan bərqərar olundu: "Şübhəsiz ki, burada müəyyən kəsirləri görəcəyik.

Qeyri-neft sektorunda vergi daxilolmalarının, neft gəlirlərinin azalması gözlənilir. Bunlar daha çox ilin ikinci yarısına təsadüf edəcək”.

 

Other news