İnflyasiya ərzaq məhsulları üzrə 5.7% təşkil edib – Mərkəzi Bank

16:35 - 19.06.2020


19 iyun, Fineko/abc.az. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, rəsmi statistikaya görə may ayında 0.5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2.9% təşkil edib.

Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5.7%, qeyri-ərzaq məhsulları üzrə 1.4% və xidmətlər üzrə 0.4% təşkil edib. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10.5%) də təsir göstərir. Müəllif: Elmir Murad

 

Other news