Həftəlik artımdan sonra neft ucuzlaşır

10:16 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən həftənin yekunları üzrə inamlı artımdan sonra bazar ertəsi ticarəti gedişatında azalır.

Saat 9:35-də London ICE Futures birjasında Brent-in avqust fyuçersi $0,14 (0,33%) – barrel başına $42,05-ə qədər azalıb. İyunun 19-da keçirilən hərracların nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,68 (1,64%) artaraq barelə görə $42,19-a qədər yüksəlib.

9:35-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul ayına olan fyuçersi $0,27 (0,68%) – barrel başına $39,48-ə qədər aşağı düşdü. İyunun 19-da hərracların nəticələrinə görə, iyul ayına WTI fyuçersi $0,91 (2,34%), bir barel üçün $39,75-ə yüksəldi.

 

Other news