Gürcüstan uçuşları bərpa edir – Avropaya uçuşlar başlayır

10:18 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Gürcüstanın “Georgian Airways” aviaşirkəti iyulun 2-dən etibarən uçuşları bərpa etməyi planlaşdırıb.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, şirkət uçuşların təxmini cədvəlini açıqlayıb.

İyulun 2-dən başlayaraq “Georgian Airways” Batumi və Tel-Əviv şəhərləri arasında həftədə 2 dəfə birbaşa uçuşlar yerinə yetirəcək. İyulun 22-dən bu istiqamət üzrə həftədə 3 dəfə uçuş olacaq.

İyulun 5-dən həftədə 1 dəfə Barselona, iyulun 3-dən həftədə 3 dəfə Berlin, iyulun 2-dən həftədə 3 dəfə Brüsselə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, dərc olunan qrafik yekun deyil və müxtəlif məhdudiyyətlər nəzərə alınmaqla yenidən baxıla bilər.

Müəllif: Elmir Murad

 

Other news