Azərbaycanın bu ölkədən idxalı azalıb – Hesabat

10:28 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Azərbaycanın Rusiyadan idxal etdiyi məhsulların həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan 2020-ci ilin yanvar-may aylarında 769 milyon 440 min dollarlıq mallar idxal edilib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47 milyon 202 dollar və ya 5,8% azalma deməkdir. Belə ki,  2019-cu ilin yanvar-may aylarında Rusiyadan 816 milyon 642 min dollarlıq mallar idxal edilmişdi.

Qeyd edilən dövrdə Azərbaycanın Türkiyədən idxalı isə 46 milyon 906 min dollar və ya 8,3% artaraq 614 milyon 189 min dollar təşkil edib.

2020-ci ilin ilk 5 ayında Azərbaycanın Çindən idxalı isə 57 milyon 426 min dollar və ya 11,9% oartaraq 541 milyon 221 min dollar təşkil edib.

Müəllif: Elmir Murad

 

Other news