Ən çox işçisi olan şirkətlərdən birində iş rejimi dəyişdi – Səbəb

17:16 - 22.06.2020


22 iyun, Fineko/abc.az. SOCAR və tabeliyindəki qurumlar iki həftəlik sərt karantin dövründə xüsusi rejimdə çalışır.

ABC.AZ-ın modern-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib ki, ümumilikdə iş saatları dəyişdirilməyib:

“SOCAR tebeliyindəki müxtəlif idarələrin işçilərinin iş saatı əvvəldən müxtəlif idi. Yəni bəzilərində iş saat 08:00-da, bəzilərində 09:00-da başlayırdı. Bu, pandemiyadan əvvəl də belə idi. Pandemiya dövündə isə evdən işləməyə üstünlük verilir. Son 2 həftə ərzində bir çox idarələrdə əməkdaşlar növbəli şəkildə işə çıxırlar. Yəni bir qrup əməkdaş ofisdən, başqa qrup evdən işləyir. Növbəti gün evdən işləyənlər ofisə işə gəlir, işdəkilər evdən işləyir. Bu qayda ötən həftənin əvvəlindən tətbiq edilir. Bəzi idarələrdə iş saatlarının dəyişdirilməsi, növbəli sistemə keçilməsi mümkün deyil. Amma rəhbər işçilərin hamısı iş başındadırlar”.

 

Other news