330x110
 

Türkiyə və Gürcüstan uçuşları bərpa edir

23.06.2020,11:29


23 iyun, Fineko/abc.az. “Turkish Airlines” iyulun 1-dən etibarən beynəlxalq uçuşları bərpa edir.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, şirkətin yenilənən uçuş cədvəlində Gürcüstan da yer alıb.

Aviaşirkət həftədə 7 dəfə İstanbuldan Tbilisiyə uçuşlar yerinə yetirəcək.

Türkiyəyə gedən əcnəbilər sərhəddə tibbi yoxlama, bəzi hallarda koronavirus testindən keçiriləcəklər.

Qeyd edək ki, buna baxmayaraq “Türk Hava Yolları” şirkətinin iyulun 1-dək uçuş qrafikinə dəyişiklik edəcəyi ehtimal olunur.

Müəllif: Elmir Murad