Qazaxıstanda avtobusda əlli nəfərdən çox adam yanaraq öldü

12:11 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. Qazaxıstanda sərnişin avtobusunda 50-dən çox adam yanaraq dünyasını dəyişdi.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsindən məlumat verilib.

Hadisə, Aktübə vilayətinin İrgiz rayonunda Samara – Şımkent yolunda baş verib. Avtobus hərəkət edərkən alışıb. Salonda 55 sərnişin və 2 sürücü olub. 52 nəfər yerinə həlak olub.

“Sərnişinlərin vətəndaşlığı müəyyən edilir”, - DİN-dən belə deyildi.

 

 

Other news