Manatın real effektiv məzənnəsi yüksəlir – Vüsal Qasımlı

12:08 - 23.06.2020


23 iyun, Fineko/abc.az. COVİD-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb.

ABC.AZ xəbər verir ki, bunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, son beş ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişir:

“Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var. Real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi vardır. Son dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib.  3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir".

Müəllif: Elmir Murad

 

Other news