Azərbaycanda qiymətlər inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır – Şərh

12:28 - 23.06.2020


23 iyun, Fineko/abc.az. Manatın real effektiv məzənnəsi milli iqtisadiyyatımızda məhsuldarlıqdan asılıdır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, hazırda ölkədə əhali artımı və pandemiyanın təsiri altında ÜDM-in azalması məhsuldarlığı da azaldır. Onun sözlərinə görə, bu ilin ilk beş ayında əhalinin hər nəfərinə düşən ÜDM 2,5 faiz azalıb: "Beynəlxalq Valyuta Fondunun panel hesablamalarına görə, nisbi məhsuldarlığın 1 faiz artımı milli valyutanın real məzənnəsini 0,2 faiz bahalaşdırır. Azərbaycanda məhsuldarlığın azalması bu anlamda real effektiv məzənnəyə ucuzlaşdırıcı təsir göstərə bilərdi, sadəcə, ticarət partnyoru olduğumuz ölkələrlə müqayisədə məhsuldarlığın daha az düşməsi bu effekti “zərərsizləşdirir”. “Balassa-Samuelson” effektinə görə inkişaf etmiş və etməkdə olan ölkələrin qiymət fərqini doğuran onların iqtisadiyyatlarındakı fərqli məhsuldarlıq səviyyəsidir. Azərbaycanda alıcılıq qabiliyyəti paritetinə əsasən onsuz da qiymətlər inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır.

Müəllif: Elmir Murad

 

 

Other news