Daha bir “ASAN xidmət” mərkəzi tikiləcək – Agentliyə pul ayrıldı

16:56 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev iyunun 24-də “Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatlna görə, Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5 milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

 

Other news