Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlandı

16:55 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü keçirilir.

XİN-dən verilən məlumata əsasən, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilir. “Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün substantiv və məntiqi danışıqların tərəfdarıdır”, - XİN-dən belə bildirildi.

 

 

Other news