Qonşu ölkədə iqtisadiyyat xeyli kiçilib – 14 faizə yaxın azalma var

11:54 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Ötən ay Gürcüstanda Ümumi Daxili Məhsulun (ÜDM) real artım tempi illik müqayisədə 13,5% azalıb.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Yanvar-mayda isə ÜDM-in orta real artım tempində ötən ilin analoji dövrü ilə müqayisədə 5,4% azalma baş verib.

May ayında qonşu ölkədə bütün iqtisadi fəaliyyət sahələrində azalma qeydə alınıb.

 

Other news