Bu mağazalar qaydaları pozub – Siyahı

16:43 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 68 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 249 müəssisədə reyd keçirilib.

ABC.AZ-ın məlumatıba görə, reyd keçirilən obyektlərdən 98-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Bakı şəhərində “Bolmart” (Xətai rayonu), “Oba” (Nizami rayonu), “Qardaşlar”, “Yeni market”, “Elita”, “Step”, “Oba” (Yasamal rayonu), “025”, “Oba” (Xətai rayonu), “Baba”, “Bazarstore” (Xətai rayonu), “Al market” (Xətai rayonu), “Buta”, “Aqil” marketlər, Əhədov Əlizadə Mənəf oğluna, Həşimov Vüsal Qılman oğluna, Nəcəfov Vüsal Mirzağa oğluna, Hüseynov Cavid Saleh oğluna, Hacıyev Şəhruz Əsgər oğluna, Əlizadə Asif  Nazim oğluna, Məmmədov Qulu Mirzə oğluna, Hümbətov Xəqani Məhəmmədəli oğluna, Əliyeva Ülviyyə Həsən qızına məxsus ərzaq mağazalarında qaydalar pozulub.

Müəllif: Elmir Murad

 

Other news