"Al" və "Oba" marketlərində qaydalar pozulub – Agentlik reyd keçirib

16:55 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 68 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 249 müəssisədə reyd keçirilib.

ABC.AZ-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhərində “Al” və “Oba” marketlər, Şəmkir rayonunda “Ozan”, “Dolce Vita” restoranları, Tovuz  rayonunda “Çinar”, “Balıq”, “Məkan”, “Nuş olsun” kafeləri, Masallı rayonunda “Viləş”, “Şərq”, “Aslan” ərzaq mağazaları, Ucar rayonunda “Elit”, “Soltan” ərzaq mağazalarında ciddi qayda pozuntuları aşkarlanıb.

Qeyd edək ki, AQTA əməkdaşları tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

Other news