Bu rayonda 2 tondan çox barama istehsal olunub – 1 ildə

12:00 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Ötən il Hacıqabul rayonunda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, bu il isə 67 ailəyə ipəkqurdu toxumu paylanılıb.

Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 4 ton barama təhvil verilib.

Rayonun Abdullabad və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.

 

Other news