Neft tələbatının azalma tendensiyası zəifləyəcək – Gözləntilər

16:22 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir. ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, ilin ikinci yarısı üçün neft tələbatının azalma tendensiyasının zəifləyəcəyi gözlənilir: "Lakin təəssüf ki, bu qeyri-müəyyənliklər mühitində, tələbatın yaxın bir tarixdə tam bərpasını əminliklə söyləmək mümkün deyil. Müxtəlif qiymətləndirmələrə görə, neft bazarının sabitləşməsi üçün ən azı 2 il vaxt lazımdır".

 

Other news