Rabitəbankdan biznes sahiblərinə dəstək - 300 min manat girovsuz kredit

17:21 - 2.07.2020


2 iyul, Fineko/abc.az. “Rabitəbank” müştərisi olan və olmayan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 300.000 AZN-dək kredit əldə edə bilərlər.

Kampaniya şərtlərinə görə Bankın bütün filiallarından sahibkarlıq fəaliyyəti ilə məşğul, müsbət kredit tarixçəsi olan fiziki və hüquqi şəxslər minimum 30.000 AZN-dən maksimum 300.000 AZN-dək girovsuz 3 illik kredit əldə edə biləcəklər. Ayrılacaq biznes krediti xəttinin müddəti maksimum 12 ay, kredit üzrə güzəşt müddəti də maksimum 12 aydır.  Bununla yanaşı təklif olunan kreditin minimal faiz dərəcəsi (AR İKZ fondunun subsidiyasından sonra) 8%, rəsmiləşdirilmə xərci isə 0.1%-dir.

Qeyd edək ki, “Rabitəbank” tərəfindən təqdim olunan girovsuz biznes krediti kampaniyası qeyri-neft sektorunda çalışan sahibkar fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Bankın girovsuz kredit qaydalarının əsas məqsədi biznes sahiblərinə hazırkı pandemiyanın hökm sürdüyü iqtisadi şəraitdə dəstək olmaq, onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir.

Kampaniya 30.12.2020 tarixinə kimi davam edəcək. Daha ətraflı məlumat üçün “Rabitəbank”ın rəsmi internet saytını ziyarət etmək (www.rabitabank.com) və ya 133 nömrəli çağrı mərkəzinə zəng etmək kifayətdir.



"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Other news