Gəlirləri 78,5% artan şirkət - Hesabat

17:35 - 2.07.2020


2 iyul, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 12 milyard 655 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,78% azdır.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə şirkətin 2019-ci ilin auditi aparılmış, konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

2019-cu ildə CQD-nin uzunmüddətli aktivləri 2,46% artaraq 12 milyard 327 milyon ABŞ dolları, cari aktivləri isə 61% azalaraq 328 milyon 382 min ABŞ dolları olub.

Hesabat dövründə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 1,4% artaraq 9 milyard 119 milyon ABŞ dolları, cari öhdəlikləri isə 30,8% azalaraq 327 milyon 70 min ABŞ dolları, cəmi kapitalı isə 6% azalaraq 3 milyard 209 milyon ABŞ dollar təşkil edib.

Hesabat dövründə şirkətin gəlirləri 78,5% artaraq 452 milyon 610 min ABŞ dolları, ümumi mənfəəti isə 70% artaraq 205 milyon 335 min ABŞ dolları olub.

 

Other news