Bu qədər tibbi maska üçün HB 2662 FS polipropilen növü istehsal olunub – Həcm

12:47 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Bu ilin may ayında  “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen  zavodunda 611 tona yaxın həcmdə tibbi maska istehsalı üçün yararlı olan HB 2662 FS polipropilen növü istehsal olunub.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bu polimer növünün növbəti sınaq partiyasının istehsalından sonra, avqust ayında daha ən azı 1500-2000 ton həcmində istehsalı planlaşdırılır.

O qeyd edib ki, bazar araşdırması aparılandan sonra nəzərdə tutulan istehsalat həcmləri dəqiqləşdirilib təsdiqlənəcək.

 

Other news