Koronavirusa ən çox bu yaş qrupundakılar yoluxur

17:50 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Azərbaycanda koronavirusa yoluxanların yaş qrupları açıqlanıb. 

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, hazırda yoluxanlar arasında 50-59 yaş arası olanlar 21 faiz, 30-39 yaş arası olanlar isə 18 faiz təşkil edir: “Son həftələrdə daha gənc yaşlarda ölüm hallarının şahidi oluruq. Orta ölüm yaşı 62 yaş təşkil edir”.

Müəllif: Elmir Murad

 

Other news