“Azsığorta” ASC-nin böyük məbləğdə borcu yaranıb – 80 min manata yaxın

10:21 - 7.07.2020


7 iyul, Fineko/abc.az. “Azsığorta” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.

Məlumata əsasən, “Azsığorta”nın 78 min 240 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 6 iyul 2020-ci il tarixinə qədər olandır. Onu da qeyd edək ki, “Azsığorta” ASC 2019-cu ili 769 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2018-ci ilə nisbətən 82,55% azdır.

 

Other news