Koronavirusun azaldığı rayonlar – Siyahı

14:40 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Bəzi bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar müşahidə olunur.

ABC.AZ-ın məlumatına görə, bu barədə statistika koronavirusinfo.az saytında qeyd olunub. Statistikaya əsasən, Gəncə-Qazaxda yoluxma halında azalma var.

Belə ki, sözügedən bölgədə rəqəmlərdə azalma gözə çarpır.  Daha dəqiqi yoluxma faizi 9,4-dən 8,4-ə düşüb.

Digər regionlara nəzər saldıqda isə Aran bölgəsində 7,5%(azalma), Lənkəranda 5,8%(azalma), Quba-Xaçmazda 1,6%(azalma), Şəki-Zaqatalada 1,4%(eyni), Dağlıq Şirvanda 1,2%(azalma), Yuxarı Qarabağda 1,1%(azalma) yoluxma faktı müəyyən olunub. Naxçıvanda isə yoluxma faktı qeydə alınmayıb.

Müəllif: Elmir Murad.

 

Other news