Rusiyadan COVİD 19-la mübarizədə Qazaxıstana dəstək – Dərmanlar göndərir

11:24 - 8.07.2020


8 iyul, Fineko/abc.az. Rusiya koronavirusla mübarizədə dəstək üçün Qazaxıstana dərman tədarük etməyə başlayıb.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Oleq Qridnev "Rossiya 24" telekanalına açıqlama verib.

"Bu dərmanların siyahısı artıq müəyyənləşdirilib, humanitar yardımlar yaxın vaxtlarda Qazaxıstana çatacaq", - deyə Qridnev bildirib.

Onun sözlərinə görə, ilk yardım təyyarəsi iyulun 7-də axşam Qazaxıstana yola düşüb.

Qeyd edək ki, Qazaxıstanda 51 059 insan koronavirusa yoluxub, 264 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

 

Other news