Əvvəlki illərin məzunları üçün imtahan olacaq – Tarix açıqlandı

12:18 - 8.07.2020


8 iyul, Fineko/abc.az. İyulun 10-da əvvəlki illərin məzunları üçün sərtləşdirilimiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzi ABC.AZ-a verilən məlumata görə, imtahanlar respublikanın 41 şəhər və rayonunda baş tutacaq. 

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

 

Other news