"Synergy Jet" MMC-i məhkəməyə verilib

15:49 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Synergy Group" MMC-yə daxil olan "Synergy Jet" MMC-ni məhkəməyə verib.

ABC.AZ renkinq-ə istinadən məlumatına görə, iddiaya səbəb kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir.

İşlə bağlı cavabdeh qismində fiziki şəxs Ayaz Amil oğlu Qəhrəmanov da çıxış edir. O, həm də "Ata Holding" MMC-yə daxil olan "Atalizinq" MMC-nin direktorudur.

İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Vüsalə Baxışovadır.

 

 

Other news