İş adamlarımız Türkiyəli sahibkarlarla görüşüb – Nələr müzakirə edilib?

12:28 - 17.07.2020


17 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı ilə videokonfrans formatında iş adamları arasında görüş keçirilib.

AZPROMO-dan ABC.AZ-a verilən məlumata görə, Azərbaycanın Türkiyədəki və Türkiyənin Azərbaycandakı səfirlərinin, dövlət qurumları nümayəndələrinin və sahibkarların iştirak etdiyi tədbirdə ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri, pandemiya dövründə sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

 

Other news