Azərbaycanda aqrar məhsulların istehsalı 4,2% artıb

16:29 - 23.01.2018


23 yanvar, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2% artıb.

Dövlət Statistika Komitəsindən xəbər verilib ki, 2017-ci ildə  heyvandarlıq məhsullarının istehsalı 2,7%, bitkiçilik məhsullarının istehsalı isə 6,1% artmışdır.

“2017-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 941,5 min hektar əkin sahəsindən 2693,2 min ton və ya 2016-cı illə müqayisədə 5,2 faiz az məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil etmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,4% artaraq 405,1 min ton, süd istehsalı 0,8% artaraq 1,847,1 min ton, yumurta 6,4% artaraq 1,564,9 mln. ədəd təşkil etmişdir. Yun istehsalı isə 3,8% azalaraq 15,9 min ton təşkil etmişdir”, - məlumatda belə deyilir.

İlkin məlumatlara görə 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8465,6 min baş qoyun və keçi, 2679,3 min baş iribuynuzlu mal-qara, o cümlədən 1289,8 min baş inək və camış mövcud olmuşdur.

 

Other news