Alüminium ixracı da azalıb

12:38 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında 23,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən məmulatların dəyəri 40,9 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 6 ayında ölkədən 46,7 milyon dollarlıq 23,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Müəllif: Elmir Murad

 

Other news