Xarici şirkət Azərbaycan sahibkarlarına çağırış etdi – Əməkdaşlıq üçün

17:06 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan ABC.AZ-a bildirilib ki, Qətər Dövlətinin Müdafiə Nazirliyinə məxsus “Barzan Holdings” şirkətinin istehsal etdiyi “Patriot SAVR-Q” (Synchronous Automatic Ventilating Resuscitator) süni tənəffüs aparatlarının satışı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına əməkdaşlıq təklif edir.

Əməkdaşlıq etmək istəyənlər AZPROMO ilə əlaqə saxlaya bilərlər.

 

Other news